Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıdan olan məcburi köçkünlər pulsuz tibbi müayinə olundular

0

  •         Ölkə Prezidentinin tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyi üzrə xüsusi sərəncamla 15 fevraldan respublikada əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb. 23 fevral 2017-ci il tarixdə Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə yaşayan əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən keçirildi.
            Aksiya keçirilməmişdən əvvəl qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılmışdı.
            Yeni qəsəbədə 1037 nəfərdən çox sakinə baxış keçirilmiş, müayinə edilmiş və məsləhətlər verilmişdir. 4 sakinə evində konsilium edilmişdir. 81 şəxsə ambulator müalicə aparılmışdır. 14 şəxs stasionar tibbi üçün Gəncə şəhərinə dəvət edilmişdir.
            Tibbi müayinə olunan sakinlər göstərilən xidmətdən razılıq edərək belə təqdirəlayiq aksiyaların keçirilməsində zəhməti olan Gəncə şəhər Səhiyyə idarəsinin əməkdaşlarına və bu aksiyanın təşəbbüskarı Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.














    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib46 dəfə
    Xocalıdan olan məcburi köçkünlər pulsuz tibbi müayinə olundular

    Maraqlı gələ bilər
    188
    0
    33
    121
    22